Читаем Leyli və Məcnun полностью

Sən, ey on dörd yaşlım, hər elmə yetkin!Gözündə əksi var iki aləmin!Yeddi yaşar oldun o zaman ki, sən,Açıldın gül kimi, güləndə çəmən.Indi ki, çatmışdır yaşın on dördə,Başın sərv kimi durur göylərdə.Qəflətdə oynama, qeyrət vaxtıdır,Indi hünər vaxtı, şöhrət vaxtıdır.Ucalmaq istəsən, bir kamala çat,Kamala ehtiram göstərər həyat.Uşaqkən əslini sorsalar bir az,Ağac bar verəndə cinsi sorulmaz!Elə ki, böyüdün, belədir qayda,Atanın adından sənə nə fayda?Sən, aslanlar kimi, keç cəbhələrdənYalnız hünərinin balası ol sən!Səadət kamalla yetişir başa,Xalqa hörmət elə, ədəblə yaşa.Başına əfsanə düşdüyü zamanAllah qorxusunu unutma bir an.Öz adına layiq işlər gör ki, sənAxırda utanma xəcalətindən.Oğul, sözlərimə yaxşı qulaq as!Ata nəsihəti faydasız olmaz.Görürəm, şöhrətdə ləyaqətin var,Şerdə, sənətdə məharətin var.Şairlik eləmə! Dövrə bax ki, bir,Tərif əvəzinə pislənir şer.Şerdən ucalıq umma dünyada,Çünki Nizamiylə qurtardı o da.Hərçəndi sənətin çox rütbəsi var,Həyata faydalı bir elim axtar.Bu əyri çizgilər cədvəlində sənÖzünü şərh edib, özünü öyrən!Ol öz vicdanının sirrinə açar,Çünki bu mərifət qəlbə nur saçar.Elmlər elmidir demiş peyğəmbərDin elmi, təbabət elmi müxtəsər.Göbəkdəki ətri bu iki elminFəqihlə təbibdir bunu bil yəqin.Fəqih olsan əgər itaətkar ol,Hiylədən, riyadan daim kənar ol.İsa mərifətli həkim ol, amma,İnsanı öldürən bir həkim olma.Həm həkim, həm fəqih olsan sən, əgər,Hamının yanında adın yüksələr.Həyat da, ölüm də qul olar sana,Səadət və şöhrət düşər payına.Bir elim öyrənmək istədikdə sənÇalış ki, hər şeyi kamil biləsən.Kamil bir palançı olsa da insan,Yaxşıdır yarımçıq papaqçılıqdan.Məndən söyləməkdir, səndən eşitmək,Bir insan əliboş gəzməsin gərək.

AZ DANIŞMAGIN GÖZƏLLİYİ

Sözün də su kimi lətafəti var,Hər sözü az demək daha xoş olar.Bir inci saflığı varsa da suda,Artıq içiləndə dərd verir su da.Inci tək sözlər seç, az danış, az din,Qoy az sözlərinlə dünya bəzənsin.Az sözün inci tək mənası solmaz,Çox sözün kərpic tək qiyməti olmaz.Əsli təmiz olan saf mirvarılarSuya və torpağa min bəzək vurar.Mədənlə dolsa da hər bir xəzinə,Hər kiçik zərrəsi dərmandır yenə.Ürəyi oxşayan bir dəstə çiçəkYüz xırman otundan yaxşıdır gerçək!Yüz ulduz yansa da göylərdə, inan,Bir günə baş əymək xoşdur onlardan.Göydə parlasa da nə qədər ıldız,Günəşdir nur verən aləmə yalnız.

ÖLƏN QOHUMLARIMDAN XATİRƏLƏR

Перейти на страницу:

Все книги серии Xəmsə

Похожие книги

Поэты 1820–1830-х годов. Том 2
Поэты 1820–1830-х годов. Том 2

1820–1830-е годы — «золотой век» русской поэзии, выдвинувший плеяду могучих талантов. Отблеск величия этой богатейшей поэтической культуры заметен и на творчестве многих поэтов второго и третьего ряда — современников Пушкина и Лермонтова. Их произведения ныне забыты или малоизвестны. Настоящее двухтомное издание охватывает наиболее интересные произведения свыше сорока поэтов, в том числе таких примечательных, как А. И. Подолинский, В. И. Туманский, С. П. Шевырев, В. Г. Тепляков, Н. В. Кукольник, А. А. Шишков, Д. П. Ознобишин и другие. Сборник отличается тематическим и жанровым разнообразием (поэмы, драмы, сатиры, элегии, эмиграммы, послания и т. д.), обогащает картину литературной жизни пушкинской эпохи.

Николай Михайлович Сатин , Константин Петрович Масальский , Семён Егорович Раич , Лукьян Андреевич Якубович , Нестор Васильевич Кукольник

Поэзия / Стихи и поэзия