Читаем Leyli və Məcnun полностью

Coşmaq zamanıdır, coş, ey könül, sən,Dünyaya dil verən dinməyir nədən?Gəldi söz meydanı, mənəm sənətkar,Bu gün məndən gözəl söz deyənmi var?Əlimin muzduyla dolanıram mən,Calalım yaranır söz xəzinəmdən.Bu səhər sehrini yaradan zaman,Bütün yeddi fəsli dedim qurandan.Bu halal, bu açıq sehrə baxın siz,Günahdır bu sehri danmaq, şübhəsiz.Bu söz sənətində elə kamiləmKi, qeyb ayinəsi adımdır bu dəm.Mənim dil qılıncım iti füsunkar,Isa möcüzundən onda nişan var.Nəzmimdə nə qədər mənim əsər varLal gər eşidərsə onu, dil açar.Alışar göz kimi sözüm qızanda,Barmaq toxundurma, alov var onda.Arxımdan su içdi şerlə sənət,Mənlə şöhrət tapdı sözdəki qüvvət.Bu qarın otaran duzsuz şairlərSayəmdə dünyanı basıb yedilər.Şikarı tutmağa aslan gərəkdir,Tülkünün işi də müftə yeməkdir.Mənim öz nəfsimə yeməyimdənsə,Qoy məndən yesinlər, verib səs-səsə.Paxıl! Göz yumaraq açıq nemətə,Saqqız çeynəyirsən, girib xəlvətə.Ey mənim yazımın oğrusu insan,Qarşımda kölgə tək çox alçalırsan.Mən qəzəl deməyi edəndə peşə,O da zurnasını çalar həmişə.Mən hər gün düzəndə xoş qəsidələr,O da quraşdırır boş qəlidələr.Hədərən-pədərən dilinə bax bir,Yenə də nəzm ilə hekayə deyir.Mən yaxşı qalıbda sikkə vururam,O da, döyəşdəyir, qəlp çıxır müdam.Meymun da yamsılar, bu deyil hünər,Bulanlıq suda da ulduz görünər.Gözlər işıqlanır hər əsərimdən,Lakin o incikdir kölgələrimdən.Bəllidir, insanı kölgə yamsılar,Kölgədən də betər kölgələrim var.Yamsılar, yamsılar utanmaz bir az,Çünki gözü görməz, üzü utanmaz.Kölgəsi olmayan peyğəmbər beləTəqib edilmişdir bu kölgələrlə.Mühit dənizində pakdırsa sular,Itin seliyindən nə qorxusu var.Sarı qulaqları düşündükcə mənCoşub qızıramsa bəzən hirsimdən,Sahili yusam da, sanki bir dəniz,Bunu acığımdan zənn etməyiniz.Çıraq tək aldığım sərt bir zərbədənŞam tək gülümsəyib sönürəm bəzən,Mən ki, ayna kimi dəmir deyiləm,Ürəyi daşlara olmaram həmdəm.Xəzinə qazsam da, bir kişiyəm mən,Düşmən can çəkişir mənim dərdimdən.Sənətimi danan bir də sağalmaz,Çarşənbə cinlisi ağıllı olmaz.Qapımın oğrusu haqq əvəzinəMənim qeybətimi danışır yenə.Evin sahibini görən oğrularHaray qopardaraq deyir: «Oğru var».Malım doyursa da ac oğruları,Pis söz deməsinlər haqqımda barı.Hünəri görsə də etiraf etməz,Pis yolu buraxıb yaxşıya getməz.O, gözsüz yaşasın gözsüzsə əgər,Korsa açılmasın bir də o gözlər.Oğurlayan odur, utanansa mən,Oğurluq şöhrətdir ona əzəldən.Yox, yox, alçaqlığa qurşandı murdar,Qapını aç ona de ki: «Gəl, apar».Onun ki, qazancı oğurluqdur tək,Neylərdim, olsaydım mən də onun tək.Bu iki aləmin xəznəsi məndə,Nolar bir müflisə bir pay verəndə;Borcumdur gədaya sadağa vermək,Açıq almayanda, o çalsın gərək.Xəzinəm yer altı, dürrümsə ümman,Nə üçün inciyim lağım atandan?Xəzinə sandıqda saxlana bilər,Gözəl üzərliklə bəslənib gülər.Mənə anam verdi bu xəzinəni,Üzərlik üstündə mərd doğdu məni.Baxsan Nizaminin çizgisinə sən,Min bir ad sayını orda görərsən.Ilyasın «əlf»ini, «lam»ından kəssən.Yenə doxsan doqquz tamı görərsən.Dayanmış dövrəmdə bu minbir hasar,Yüzdən də bir əskik qaravulçum var.Zəhmətə düşməkdən azadam hər an,Qorxmayır xəzinəm heç bir oğrudan.Bir xəzinənin ki, bu hasarı var,Ona neyləyəcək lağım atanlar?Lakin, xəzinələr olmaz ilansız,Yoxdur bu dünyada bir gül tikansız.Kim ki, ad qoymuşdur qoca dünyada,Onu öz dostları vermişdir bada.Ay üzlü Yusifi yad edin barı,Ona quyu qazdı öz qardaşları.İsa ki, insanlıq elmində təkdi,Hər bir yəhudidən cəfalar çəkdi.Əhməd ki, rəhbəri oldu ərəbinGördü cəfasını ƏbüləhəbinƏzəldən dünyanın bir qaydası var:Bal tutan barmağı arılar sancar.
Перейти на страницу:

Все книги серии Xəmsə

Похожие книги

Поэты 1820–1830-х годов. Том 2
Поэты 1820–1830-х годов. Том 2

1820–1830-е годы — «золотой век» русской поэзии, выдвинувший плеяду могучих талантов. Отблеск величия этой богатейшей поэтической культуры заметен и на творчестве многих поэтов второго и третьего ряда — современников Пушкина и Лермонтова. Их произведения ныне забыты или малоизвестны. Настоящее двухтомное издание охватывает наиболее интересные произведения свыше сорока поэтов, в том числе таких примечательных, как А. И. Подолинский, В. И. Туманский, С. П. Шевырев, В. Г. Тепляков, Н. В. Кукольник, А. А. Шишков, Д. П. Ознобишин и другие. Сборник отличается тематическим и жанровым разнообразием (поэмы, драмы, сатиры, элегии, эмиграммы, послания и т. д.), обогащает картину литературной жизни пушкинской эпохи.

Николай Михайлович Сатин , Константин Петрович Масальский , Семён Егорович Раич , Лукьян Андреевич Якубович , Нестор Васильевич Кукольник

Поэзия / Стихи и поэзия