Читаем Leyli və Məcnun полностью

MƏCNUNUN ƏZƏMƏTİ HAQQINDA

Məcnunu sərsəri zənn etmə ki, sən.Deyildi gördüyün divanələrdən.Oruclu, namazlı, nurlu bir çıraq,Əqlə yad deyildi, ədəbdən uzaq,Vaxtının ən böyük bir alimiydi,Aləmi şərh edən Loqman kimiydi.Gizli mənalara o yol açardı,Qəlbində göylərin min sirri vardı.Qızıl sikkəsi tək hər sözü gözəl,Lələ bənzəyərdi dediyi qəzəl.Dəlinin ağlına bələddir hər kəs,Ondan bu incilər saçıla bilməz.Dünyanın qeydini tamam ataraq,Qeydsiz bir həyat sürürdü ancaq.Onda ölüm fikri aşıb daşırdı,Köç tədarükünə hazırlaşırdı.Deyirdi: «Can evim alışır dərddən,Ölüm qurtaracaq məni möhnətdən».Kim ki, düz gəlməsə dünyayla, inan,Çətin can qurtarar bu dar dünyadan.Dünyanı dörd əllə tutsa bir nəfər,Çətinliklə köçüb dünyadan gedər.Məcnun yol yoldaşı gəzmədən bir an,Açırdı zənciri öz varlığından.Taki can ovuna çıxsa yaradan,«Gətir» dediyi vaxt, desin: «Budur can».Ömür gəmisində can qorxusu var,Bu qorxu ucundan geyməzdi paltar.Xörəyi olmuşdu acı tikələr,Yeməzdi dünyada o heç bir bəhər.Dünyadan əl üzüb, düşmüşdü uzaq,Leyli bəhanəydi bu yolda ancaq.Nə vaxt ki, arzusu bir yol vurardı,Dünyadan qaçacaq yeri də vardı.Onun da qəlbində yaşardı dilək,Qında saxlayırdı onu qılınc tək.Visal gəzməyirdi bizim pərizad,Taki… eşqin evi yaşasın abad.Bir alim ustaddan soruşdum ki, mən:Aşiqin halını şərh et bizə sən.Onu ki, visalə çağırırdı yar,Möhlət verməyinin nə mənası var?Neçin muradına yetmədi o da?Ömründən otuz il o verdi bada?Dedi ki: — Yetsəydi murada bir an,Əbədi çıxardı nəşə canından.Uymadı bir anlıq kefə dünyada,Otuz il nəşəni vermədi bada.Bir qədəh alsaydım o şərabdan mən,Təmənnam qalmazdı iki aləmdən.

ZEYDLƏ ZEYNƏBİN SEVGİSİ HAQQINDA

Перейти на страницу:

Все книги серии Xəmsə

Похожие книги

Поэты 1820–1830-х годов. Том 2
Поэты 1820–1830-х годов. Том 2

1820–1830-е годы — «золотой век» русской поэзии, выдвинувший плеяду могучих талантов. Отблеск величия этой богатейшей поэтической культуры заметен и на творчестве многих поэтов второго и третьего ряда — современников Пушкина и Лермонтова. Их произведения ныне забыты или малоизвестны. Настоящее двухтомное издание охватывает наиболее интересные произведения свыше сорока поэтов, в том числе таких примечательных, как А. И. Подолинский, В. И. Туманский, С. П. Шевырев, В. Г. Тепляков, Н. В. Кукольник, А. А. Шишков, Д. П. Ознобишин и другие. Сборник отличается тематическим и жанровым разнообразием (поэмы, драмы, сатиры, элегии, эмиграммы, послания и т. д.), обогащает картину литературной жизни пушкинской эпохи.

Николай Михайлович Сатин , Константин Петрович Масальский , Семён Егорович Раич , Лукьян Андреевич Якубович , Нестор Васильевич Кукольник

Поэзия / Стихи и поэзия