Читаем Leyli və Məcnun полностью

MƏCNUNUN QARĞA İLƏ SÖHBƏTİ

Açdı gözlərini yuxudan səhər,Sarı köynək geydi o mavi göylər.Güldü o sarı gül, o göylər qızı,Dünya başdan-başa geydi qırmızı.Məcnun xəzan görmüş gül kimiydi, ah!Gözündə ağlardı gülüzlü sabah.Bu sonsuz sulara od düşən zamanO da gəmisini çəkirdi sudan.Günəşdə yandıqca əli, ayağı,Nəfəsdən düşmüşdü günorta çağı.Çılpaq qaldığından o, kölgələr təkOturdu bir ağac kölgəsində tək.O hündür ağacın kölgəsində, bax,Sular axışırdı şırıldayaraq.Göy kimi, girdə bir hovuz ki, vardı,Suyu kövsər kimi parıldayardı.Onun dövrəsini almışdı otlar,Yaşıl geyinmişdi o yerdə bahar.Ciyəri istidən kababa dönənO sudan doyunca içərək həmən,Kar kimi, lal kimi dinib danışmaz,Ayaq saxlayaraq dincəldi bir az.O yaşıl çəmənə heyran qalmışdı,O gözəl ağacı seyrə dalmışdı.Budaqda qaraca bir qarğa vardı,Gözü çıraq kimi işıq salardı;Gözəllər saçı tək qaraydı rəngi,Baxdıqca oxşardı qəlbi, ürəyi.Saleh bir quş idi o yazıq qarğa,Salehilər kimi geymişdi qaraSakitcə durmuşdu budaqda o quş,Sanki mina üstə şəvə oturmuş.Məcnun fikrə getdi görəndə onu,Duydu qəlblərinin bir olduğunu.«Sən, ey yas libaslı, aç, söylə barı,Nədir əynindəki bu yas paltarı?Nədəndir, gecənin rəngi var səndə?Qara günlərəmi düşmüsən sən də?Qəmə mən yanıram, alışansa sən,Mənim əvəzimdə qara geymisən.Ürəyin yanıqlı deyilsə bu dəmNədən qaralmısan, ey dərdli həmdəm?Sinən yanmamışsa, zavallı qarğa,Sinəsi dağlıdan qaçma uzağa.Zənci rəngi yağır sənin rəngindən,Bəlkə də, soyğunçu hindu kimisən.Bəlkə də, mən şaham, sən mənə çətir,De, nədən qarasan? Açıq söylə bir.Canana rast gəlsən, ərz elə ki, mənOnun həsrətiylə düşmüşəm əldən.Mənim dadıma çat, yetiş amandır,Dadıma yetməsən halım yamandır.Demişdin, əlindən tutaram bir dəm,Qorxuram bu həsrət gözümdə öləm.Bir göz kor olarsa, ey nazlı nigar,Tutiya verməyin nə mənası var.Canavar quzunu aparsa əgər,Çobanın hay-küyü nə fayda verər.Sel ki, bir binanı dibdən uçurar,Poladdan olsa da neyləsin divar.Bir əkin yerini vursa quraqlıq,Yağışın mənası qalarmı artıq?Məcnun dil oxunu atır uzağa,Budaqdan-budağa uçurdu qarğa.Məcnun danışdıqca coşub daşırdı,Qarğa da uçmağa hazırlaşırdı.O söhbət açdısa əfsanələrdən,Qarğa dərdlə uçdu durduğu yerdən.Gecə qarğa kimi geyindi qara,Yarasa göz açdı qaranlıqlara.Göydə çıraq kimi yandı ulduzlar,Qarğa gözü kimi parladı par-par.Məcnun çıraq kimi söndü, qaraldı,Sanki gözlərini qarğa apardı.Yanan bir şam-kimi o sinə dəftərGöz yaşı tökürdü səhərə qədər.

QARININ MƏCNUNU LEYLININ QAPISINA APARMASI

Перейти на страницу:

Все книги серии Xəmsə

Похожие книги

Поэты 1820–1830-х годов. Том 2
Поэты 1820–1830-х годов. Том 2

1820–1830-е годы — «золотой век» русской поэзии, выдвинувший плеяду могучих талантов. Отблеск величия этой богатейшей поэтической культуры заметен и на творчестве многих поэтов второго и третьего ряда — современников Пушкина и Лермонтова. Их произведения ныне забыты или малоизвестны. Настоящее двухтомное издание охватывает наиболее интересные произведения свыше сорока поэтов, в том числе таких примечательных, как А. И. Подолинский, В. И. Туманский, С. П. Шевырев, В. Г. Тепляков, Н. В. Кукольник, А. А. Шишков, Д. П. Ознобишин и другие. Сборник отличается тематическим и жанровым разнообразием (поэмы, драмы, сатиры, элегии, эмиграммы, послания и т. д.), обогащает картину литературной жизни пушкинской эпохи.

Николай Михайлович Сатин , Константин Петрович Масальский , Семён Егорович Раич , Лукьян Андреевич Якубович , Нестор Васильевич Кукольник

Поэзия / Стихи и поэзия