Читаем Leyli və Məcnun полностью

MƏCNUNUN NOFƏLƏ ACIQLANMASI

Sülhün qoqusunu duyunca MəcnunKinlə qəzəbləndi ürəyi onun.O igid Nofələ acıqlanaraq,Rişxəndlə dedi ki: «Qəhrəmana bax!Sən, ey qucaq-qucaq vədlər verən,Yaman başa vurdun öz vədini sən.Buydumu sözündə möhkəm durmağın?Bir də at oynadıb qılınc vurmağın?Danış, qəribliyə salma sorğumu,Vəhşini ram edən əfsunun bumu?Buydumu meydanda at oynatmağın?Havada ox tutub kəmənd atmağın?Zidmiş iradəmə sənin iradən,Nə yaxşı bir hünər göstərmisən sən?!Salam düşməniydi o canan mənə,Indi sən döndərdin tamam düşmənə.Vəfaya açılmış o qapıya sənMin qıfıl vuraraq bağladın nədən?Ey dost, köməyindən əlim üzüldü,Işimi korladın, belim büküldü.Bu dostluq telləri qırıldı nədən?Çox şahlar yıxılmış bir süvaridən.Qurda ox atdısa dağlarda çoban,Gedib itə dəydi aldığı nişan.Hünərin aləmə səs salan zamanƏfsus ki, əhdini ayaqlayırsan.Bu acı sövdaya düşməmişkən mənSənə bel bağlardım bəlkə ürəkdən.Bu yazıq aşiqdən niyə vaz keçdin?Əkmədiyin yeri nə üçün biçdin?Sən ki, başlamışdın bu böyük işi,Hünəri yarımçıq qoyarmı kişi?Qaranlıq könlümə işıq verənsən,Bu xəstə ömrümün dərmanı sənsən.»Döyüş qalxanını ataraq, əvvəlŞirin dilə tutdu Məcnunu Nofəl;Dedi: «Qoşunsuzam, köməksizlikdənSiyasət işlədib sülhə girdim mən.Qayıdıb yurdumdan qüvvət alaram,Yenə qılıncımı işə salaram.Qoşun toplayaraq qəbilələrdən,Daşdan keçirərəm poladımı mən.Qılıncla basmasam o qudurğanı».Kor olsun Nofəlin qəlbi, vicdanı».Sonra Mədinədən Bağdada qədərQoşun toplamağa getdi elçilər.Nofəl hiddətindən yandı bir zaman,Qoşun tələb etdi bir çox diyardan.Nəhayət, topladı böyük bir ordu,Dağlara döş gərib üz-üzə durdu.Birinci hücumda sərhəddi aşdı,Düşmənlər kor olub qorxudan çaşdı.

NOFƏLİN İKİNCİ MÜHARİBƏSİ

Перейти на страницу:

Все книги серии Xəmsə

Похожие книги

Поэты 1820–1830-х годов. Том 2
Поэты 1820–1830-х годов. Том 2

1820–1830-е годы — «золотой век» русской поэзии, выдвинувший плеяду могучих талантов. Отблеск величия этой богатейшей поэтической культуры заметен и на творчестве многих поэтов второго и третьего ряда — современников Пушкина и Лермонтова. Их произведения ныне забыты или малоизвестны. Настоящее двухтомное издание охватывает наиболее интересные произведения свыше сорока поэтов, в том числе таких примечательных, как А. И. Подолинский, В. И. Туманский, С. П. Шевырев, В. Г. Тепляков, Н. В. Кукольник, А. А. Шишков, Д. П. Ознобишин и другие. Сборник отличается тематическим и жанровым разнообразием (поэмы, драмы, сатиры, элегии, эмиграммы, послания и т. д.), обогащает картину литературной жизни пушкинской эпохи.

Николай Михайлович Сатин , Константин Петрович Масальский , Семён Егорович Раич , Лукьян Андреевич Якубович , Нестор Васильевич Кукольник

Поэзия / Стихи и поэзия