Читаем Leyli və Məcnun полностью

* * *

Məhv oldu fələyin zəlzələsindən,Çürüyüb torpağa qarışdı bədən,Onun canındakı nişanələrdənQuruca bir sümük qalmışdı, bilsən!Vəhşi heyvanlar da gəlib bir kərə.Yaxın durmazdılar o sümüklərə.Nə qədər hərəmi güddü vəhşilər,Ayaq da basmadı ora bir nəfər,Ölünü insanlar anıb, yad edər,Yoxdur vəhşilərdə belə bir hünər.Bir il bu qaydayla keçdi, əlqərəz,Dağıldı vəhşilər istər-istəməz.Bəzisi iy alıb, üz qoydu dağa,Bəzisi də ölüb getdi torpağa.Xəznə tilsimini qapanda dövran,Xəznə qıfılı da çürüdü pasdan.Bu halı görüncə yol adamları,Qeyidsiz gəldilər hərəmə sarı,Gördülər ki, yatır orda bir insan,Sümüklər qalmışdır onun canından.Bir vəfa gözüylə seyr edib onu,Tezcə tanıdılar kim olduğunu.O zaman yayıldı bu səs hər yana,Yayıldı bu xəbər Ərəbistana.Toplaşdı qohumlar, qəlbi yananlar,Başına dərd gəlmiş qəmgin insanlar.Baxdıqca meyidə, nalə çəkdilər,Şivən qopardaraq, qan yaş tökdülər.Gövhərini saçmış o qalıb-bədənBir ağ sədəf kimi düşmüşdü, bilsən!Qızılla sildilər sədəf tozunu,Yenə də sürtdülər ənbərlə onu.Onun mişk kimi saçları vardı,O öz nəfəsindən ətir saçardı.Bu məzar ağlatdı hər yaslı qəlbi,Axdı göz yaşları yağışlar kimi.Bu göz yaşlarıyla yuyub Məcnunu,Torpaqdan torpağa qoydular onu.Daxmanın yanını açıb, müxtəsər,Leylinin yanında dəfn eylədilər.Şahı apardılar bir meyxanəyə,Saqiyə verdilər, sərxoşdur, deyə.Qiyamətə qədər yatdılar rahət,Qalxdı yollarından dərdlə məlamət.Sağkən vermişdilər bir əhdə qərar;Ölüb bir beşikdə qoşa yatdılar…Zaman dolaşdıqca hər iki qəbrəTikdilər ordaca bir daş məqbərə.Hüsnünə bağ-bostan həsəd aparanO türbə səcdəgah oldu çox zaman.Bütün xəstələrə şəfa verərdi,Cəfadan qurtarıb səfa verərdi.Istəyi yerinə çatmasa əgər,Geri qayıtmazdı ordan bir nəfərEy allah! Aləmdən o iki insanIsmətlə, paklıqla uçduqlarından,Kəsmə sən onlardan öz ülfətini,Bağışla onlara öz rəhmətini!Bizim də növbəmiz yetişən zamanSən özün bilərsən, böyük yaradan!

ZEYDİN LEYLİ VƏ MƏCNUNU YUXUDA GÖRMƏSİ

Перейти на страницу:

Все книги серии Xəmsə

Похожие книги

Поэты 1820–1830-х годов. Том 2
Поэты 1820–1830-х годов. Том 2

1820–1830-е годы — «золотой век» русской поэзии, выдвинувший плеяду могучих талантов. Отблеск величия этой богатейшей поэтической культуры заметен и на творчестве многих поэтов второго и третьего ряда — современников Пушкина и Лермонтова. Их произведения ныне забыты или малоизвестны. Настоящее двухтомное издание охватывает наиболее интересные произведения свыше сорока поэтов, в том числе таких примечательных, как А. И. Подолинский, В. И. Туманский, С. П. Шевырев, В. Г. Тепляков, Н. В. Кукольник, А. А. Шишков, Д. П. Ознобишин и другие. Сборник отличается тематическим и жанровым разнообразием (поэмы, драмы, сатиры, элегии, эмиграммы, послания и т. д.), обогащает картину литературной жизни пушкинской эпохи.

Николай Михайлович Сатин , Константин Петрович Масальский , Семён Егорович Раич , Лукьян Андреевич Якубович , Нестор Васильевич Кукольник

Поэзия / Стихи и поэзия